İdman · SİA

Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal görüşünə çıxıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.

Rəqibinə məğlub olan Fətiyev finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovla üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Murad Fətiyev mundialda əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidisi və fransalı Aleksa Mitroviçi məğlub edib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑