Futbol üzrə İngiltərə yığmasının və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn Fransanın "France Football" jurnalı tərəfindən 2025/26-cı illər mövsümü üçün dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.
H. Keyn ötən mövsüm "Bavariya"nın heyətində 51 oyunda 61 qol vurub və yeddi məhsuldar ötürmə edib. O, klubla birlikdə Almaniya çempionatını və Kubokunu qazanıb. Hücumçu ən məhsuldar oyunçuları siyahısına başçılıq edib və Avropa Futbol Assosiasiyaları İttifaqının üzvü olan ölkələrin liqalarında ən çox qol vuran oyunçuya verilən "Qızıl buts" mükafatını qazanıb.
H. Keyn İngiltərə millisi ilə Dünya Kubokunda bürünc medal qazanıb. O, turnirdə yeddi oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.
Mətləb






