İdman · SİA

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub xəbəri üçün şəkil

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti dəfə dünya çempionu adını qazanıb.

SİA xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.

Əzizli final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑