Misli Premyer Liqasının IX turunda "İmişli" "Şamaxı"nı qəbul edib - 2:1.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Oyunun çətin keçəcəyini bilirdik. "İmişli"də baş məşqçi dəyişikliyi baş vermişdi. Uşaqları buna uyğunlaşdırmağa çalışmışdıq. Sadəcə ilk hissədə ötürmələrdə səhvlərimiz çox oldu. Təəssüfləndirən məqam odur ki, həm birinci, həm də ikinci qolda rəqib heç nə yaratmamışdı, bizim səhvlərimiz oldu. İkinci hissədə toparlandıq, oyuna da yaxşı başladıq, qolumuzu vurduq. Təəssüf ki, oyunun sonlarındakı penalti təyin edildi. O epizod hakimlər tərəfindən necə dəyərləndirildi.. .Buna çox qarışmaq istəmirəm. Məğlub duruma düşdük. Çalışacağıq ki, daha yaxşı, daha möhkəm kollektiv olaq. Qarşıdakı bütün maneələri aradan qaldırmağa çalışacağıq. Allah qoysa, hər şey yaxşı olar. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.




