İdman · SİA

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub xəbəri üçün şəkil

Bu gün Hidayət Heydərovla görüşümüz olub və bir sıra məsələləri onunla çox səmimi şəkildə müzakirə etmişik. Hidayət bizim Olimpiya, dünya və Avropa çempionumuzdur, fəxrimizdir. Federasiya olaraq ona hərtərəfli dəstək verməyə hazırıq.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Hidayət öz məsuliyyətini tam şəkildə başa düşür: “Qeyd edildiyi kimi, çəki ilə bağlı qərar vermək üçün bir həftə vaxtı var. Qərarı özü verməlidir. Biz heç bir idmançını hər hansı qərar qəbul etməyə məcbur edə bilmərik. Təbii ki, bizim tələblərimiz var. Bu tələblər təkcə Hidayətə deyil, bütün idmançılarımıza aiddir. Bütün idmançılarımıza eyni yanaşma tətbiq olunur. Federasiya olaraq bu tələbləri tətbiq etməyə davam edəcəyik”.

Xatırladaq ki, Hidayət Heydərov (73 kiloqram) Bakıdakı dünya çempionatında 1/8 finalda mübarizəni dayandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑