İqtisadiyyat · SİA

Bu ölkə ildə Azərbaycandan 1 milyard kubmetr qaz almaq istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkə ildə Azərbaycandan 1 milyard kubmetr qaz almaq istəyir xəbəri üçün şəkil

Slovakiya Rusiyadan qaz idxalının dayandırılması planı fonunda Azərbaycan, Əlcəzair və ABŞ-dən ildə təxminən 1 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalamaq imkanlarını araşdırır.

SİA-nın Report-a istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib.

Nazirin sözlərinə görə, ölkəyə 2027-ci ilin sentyabrından etibarən yeni qaz tədarükü müqaviləsi lazım olacaq. Mümkün təchizatçılar sırasında Azərbaycan, Əlcəzair və ABŞ nəzərdən keçirilir.

Sakova qeyd edib ki, Slovakiyanın dövlətə məxsus əsas qaz təchizatçısı SPP-nin anbarlarında 17,5 teravatt-saat qaz ehtiyatı mövcuddur. Bu həcm ölkənin illik qaz istehlakının təxminən 35 faizinə bərabərdir və qarşıdan gələn istilik mövsümü üçün ehtiyatların formalaşdırılmasına imkan verir.

Avropa Birliyini planına əsasən, Rusiya qazının idxalına qoyulacaq məhdudiyyətlərin 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu şəraitdə Slovakiya alternativ təchizat mənbələri axtarır.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑