İdman · SİA

Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər xəbəri üçün şəkil

Almaniyada yaşayan azərbaycanlı boksçuları yerli çempionatda uğurla çıxış ediblər.

SİA xəbər verir ki, “Blau-Weis Grana” klubunun təşkilatçılığı ilə Zeits şəhərində keçirilən turnirdə Diaspor Boks Liqası (DBL) və Heydər Əliyev adına Dünya Boks Komitəsi (WBCA) ilə birgə fəaliyyət göstərən “Tayfun” boks klubunun 8 idmançısı mübarizə aparıb.

Çempionatda peşəkar boksçularımızdan Rəşad Kərimov karyerasının 39-cu, Azər Soltanov 6-cı, Nikoloz Buxniaşvili ilk qələbəsini qazanıb. Hər üç boksçu rəqiblərini vaxtından əvvəl məğlub edərək möhtəşəm qələbəyə imza atıblar.

Diaspor Boks Liqasının digər beş üzvü də uğurla çıxış edib. Stayko Stoyanov Almaniya çempionu adını qazanıb. Alay Qurbanov, Mazher Youssef, Aziz Mirsayov, Ezid Fillipoviç isə həvəskar rinqdə rəqiblərinə qalib gəliblər.

WBCA-nın sədri Yaşar Niftəliyev, baş məşqçi Şamil Kərimov və idmançılar qazanılan qələbələri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə və 8 Noyabr - Zəfər Gününə həsr etdiklərini bildiriblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑