Siyasət · SİA

Ərdoğan Ceyhun Bayramovla nəyi müzakirə edib? - AÇIQLANDI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan Ceyhun Bayramovla nəyi müzakirə edib? - AÇIQLANDI xəbəri üçün şəkil

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən SİA-ya bildiriblər ki, qəbul zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətləb Salahov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑