Siyasət · Axar.az

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı xəbəri üçün şəkil

Fələstin Prezidenti Mahmud Abbasın yunan Kiprinə səfəri türk Kiprində etirazla, Azərbaycanda maraqla qarşılanıb. Abbasın Nikosiya ziyarəti təsadüfi deyil: Fələstin administrasiyası yunanların İsraillə yaxın münasibətlərindən bölgədə sabitliyin əldə edilməsi üçün istifadə etmək istəyir, həmçinin Kipri Avropaya açılan qapı kimi görür.

Mahmud Abbasın addımı Şimali Kiprdə etirazlara səbəb olsa da, Fələstin maraqları kontekstində siyasi manevr kimi qiymətləndirilə bilər.

Lakin bu səfərin Türkiyəyə qarşı olduğu da aydın görünür.

1. Mahmud Abbas yunan Kiprinə məhz Türkiyənin Cümhuriyyət günündə səfər edib;

2. İsraillə barışıq üçün yunanlardan dəstək istəyib ki, bu, Türkiyənin Fələstin siyasətini, yaxud bu ölkəyə görə göstərdiyi səyləri heçə saymaqdır;

3. Yunanıstan, Cənubi Kipr və İsrail Aralıq dənizində Türkiyənin maraqlarının əleyhinə olan blok qururlar: Fələstin prezidenti də faktiki olaraq, bu bloka yaxınlaşmaq xəttini izləyir.

Fələstin administrasiyasının HƏMAS-dan fərqli olaraq, İsrailə loyal münasibəti sirr deyil. Bu mövqeyi regional sülh və dövlət maraqları arqumenti ilə müdafiə edirlər. Bu reallıq fonunda illərdir Fələstin məsələsi və İsraillə münasibətlərə görə Azərbaycanı hədəfə alan Türkiyədə Abbasın Nikosiya ziyarətinə səssiz yanaşma ironik görünür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑