Siyasət · SİA

II Qareginin qardaşı və qardaşı oğlu məhkəmə qarşısında

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
II Qareginin qardaşı və qardaşı oğlu məhkəmə qarşısında xəbəri üçün şəkil

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər. Qərarı bu gün Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan elan edib. Hökm daha sonra çıxarılacaq. Əlavə dinləmələr oktyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, onlar 2025-ci il noyabrın 3-də həbs ediliblər. İstintaqın məlumatına görə, noyabrın 1-də Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan Voskeat kəndində onlar təşviqat materialları paylayan "Respublika" partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. 2026-cı ilin fevralında onlar ev dustaqlığına buraxılıb, may ayında isə inzibati nəzarətə götürülüblər.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑