Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində külli miqdarda gümüş zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, gömrük əməkdaşları Gürcüstan vətəndaşının idarə etdiyi yük avtomobilinə ətraflı baxış keçiriblər.
Yoxlama zamanı avtomobildə gizlədilmiş ümumilikdə 9 kiloqram 38 qram ağırlığında gümüş zinət əşyaları aşkarlanıb. Məlumata görə, gömrükdə bəyan edilməyən zinət əşyalarının ümumi dəyəri 38 min 289 lari (təxminən 25 min manat) təşkil edib. Faktla bağlı materiallar araşdırılması üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
Mətləb



