Sosial · Azxeber.com

Bu ərazilərdə işıq olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ərazilərdə işıq olmayacaq xəbəri üçün şəkil
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 9-da Xətai rayonunda 10/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir, Binəqədidə isə 6 kV-luq "Masazır-1” və "Masazır-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑