Maqazin · Sfera.az

Zaur Kamaldan efirə qayıtması haqda suala cavab

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaur Kamaldan efirə qayıtması haqda suala cavab xəbəri üçün şəkil

Aparıcı Zaur Kamal yeni televiziya layihəsi üzərində çalışdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkədə canlı yayım zamanı hazırda fəaliyyəti və görünüşü ilə bağlı sualları cavablandırıb.

“Radioda və ARB TV-də işləyirəm. İşə gedib gəlirəm, maaşımı alıram. Yeni layihələr üzərində çalışırıq. Bəziləri niyə yanıb tökülür? Hamı bizə baxır. Amma məşhurları həzm edə bilmir bəziləri. Evdə anası da, bacısı da bizə baxır.

Botoks etmirəm. Edənlərə də pis baxmıram. Kişi kişi kimi görünməlidir".

Zaur yenidən efirə qayıdıb-qayıtmayacağı haqda suala "Efirdəyəm, radioda çalışıram. Televiziyada isə hazırlaşıram. Qəşəng və fərqli layihə olacaq. Məni onda da bəyənəcəksiniz” cavabını verib.

Qeyd edək ki, Zaurun aparıcısı olduğu "Həmin Zaur" proqramının yayımı ötən mövsüm dayandırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑