Gündəm · Sfera.az

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür xəbəri üçün şəkil

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.

Sfera.az bildirir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.

Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi, Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.

Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑