Gündəm · Sfera.az

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım xəbəri üçün şəkil

Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) açıqlama verib.

Sfera.az xəbər verir ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, təşkilatın nümayəndələri hələlik Nəsimi Musayevə baş çəkməyiblər.

Onun sözlərinə görə, BQXK məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparır.

“Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda Nəsimi Musayevə başçəkmə həyata keçirilməyib. Bununla bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparırıq”, – Zara Amatuni bildirib. (Musavat.com)


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑