Dünya · Sfera.az

Ukraynanın keçmiş deputatı İsveçdə saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynanın keçmiş deputatı İsveçdə saxlanılıb xəbəri üçün şəkil

Ukrayna Ali Radasının keçmiş deputatı Dmitri Svya­taş İsveçdə polis tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə İsveçin “Expressen” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ukraynada 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş sabiq deputat hazırda İsveç Miqrasiya Xidmətinin nəzarətində saxlanılır.

Məlumata görə, Svya­taş ötən həftə Stokholmda Stivi Uanderin konsertində iştirak etmək üçün İsveçə gedib. Lakin paytaxtın Arlanda hava limanında pasport yoxlanışı zamanı sərhəd polisi tərəfindən saxlanılıb. Buna rəsmi səbəb kimi onun Şengen zonasına girişinə qoyulmuş qadağa göstərilib.

Keçmiş deputat sərhəd nəzarəti zamanı Ukrayna pasportunu təqdim edib.

Onun vəkili Mark Safaryan apellyasiya şikayətində müvəkkilinin Ukraynaya ekstradisiyasına qarşı çıxdığını bildirib.

Qeyd edək ki, İsveç Ali Məhkəməsi 2023-cü ilin oktyabrında Ukraynadakı mövcud vəziyyəti nəzərə alaraq, şəxslərin bu ölkəyə deportasiyasının Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd olduğu barədə qərar qəbul edib.

Svya­taş vəkili vasitəsilə Miqrasiya Məhkəməsində dinləmənin keçirilməsini tələb etsə də, məhkəmə çərşənbə axşamı bu müraciəti rədd edib.

Qərara əsasən, keçmiş deputat çərşənbə gününədək yazılı izahat təqdim etməlidir. Bundan sonra məhkəmə onun işi üzrə yekun qərar verəcək./teleqraf

Ukraynanın keçmiş deputatı İsveçdə saxlanılıb
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑