ABŞ Prezidenti Donald Tramp keçmiş prezidentlər Barak Obama və Bill Klinton, eləcə də sabiq dövlət katibi Hillari Klinton haqqında müəyyən məlumatlara malik olduğunu və istəsə, onların nüfuzuna ciddi zərbə vura biləcəyini iddia edib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. ABŞ prezidenti Demokratlar Partiyasının tanınmış nümayəndələri ilə bağlı açıqlamalar verərək onların nüfuzuna xələl gətirə biləcək məlumatlara sahib olduğunu bildirib.
“Hillari Klintona böyük zərər verə bilərdim. Bill Klintona da böyük zərər verə bilərdim. Mən Bill Klintonu sevirəm. Obama da böyük zərər verə bilərdim. Hələ də bunu edə bilərəm. İstəsəm, onlara böyük zərər vura bilərəm”, – Tramp deyib.
O, Hillari Klintonun barəsində araşdırma aparmaqdan imtina etdiyini də vurğulayıb. Tramp qeyd edib ki, keçmiş prezidentlər Barak Obama və Bill Klinton, Hillari Klinton, eləcə də sabiq prezident Co Bayden haqqında çoxlu məlumata malikdir.
“Onların nüfuzunu tamamilə məhv edə bilərdim. Hillari haqqında çox məlumatımız var. Obama haqqında çox məlumatımız var. Bayden haqqında da çox məlumatımız var”, – ABŞ prezidenti əlavə edib.
Bəsti Rəfizadə






