Hadisə · Sfera.az

Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu xəbəri üçün şəkil

Bakı-Quba yolunda qəza baş verib.

Sfera.az “Avtosfer”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i səhər saatlarında “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Atego” markalı yük avtomobili aşıb. Şahidlər bildirib ki, qəzaya yük maşınının təkərinin partlaması səbəb olub.

Nəticədə, avtomobilin yük yerində daşınan qoyunların bir qismi tələf olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aşan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑