Hadisə · Sfera.az

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü xəbəri üçün şəkil

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.

Sfera.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə gedən 1958-ci il təvəllüdlü Ələddin İbiş oğlu İbrahimovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.İbrahimov əslən Laçın rayonunun Quşçu kəndindəndir. O, şairə Fəridə Köçərilinin həyat yoldaşıdır./ölkə.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑