Maqazin · Sfera.az

Rusiyanın Əməkdar artisti vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyanın Əməkdar artisti vəfat etdi xəbəri üçün şəkil

Rusiyanın Əməkdar artisti, tanınmış teatr və kino aktrisası Yekaterina Raykina 88 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, aktrisa noyabrın 3-də uzun sürən xəstəlikdən sonra xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Yekaterina Raykina məşhur aktyor, SSRİ Xalq artisti Arkadi Raykin və aktrisa Rufa Raykina-İoffenin ailəsində dünyaya gəlib. O, səhnəyə ilk dəfə 12 yaşında çıxaraq erkən yaşlarından sənət fəaliyyətinə başlayıb.

Aktrisanın teatr yaradıcılığında xüsusi yer tutan rolları arasında “Şahzadə Turandot”, “Xanımlar və hussarlar”, “Mesenat”, eləcə də “Antoni və Kleopatra” tamaşalarındakı obrazları yer alır.

Yekaterina Raykina kino sahəsində də fəal çalışıb. O, “Mömin Marta”, “Qadınlar klubu”, “On üçüncü sədr”, “Milyonçu qadın”, “Tələ”, “Sofiya Perovskaya” və “Xanımlar və hussarlar” kimi ekran əsərlərində rol alıb.

Aktrisa uzun illər ərzində teatr və kino sənətinə verdiyi töhfələrlə tanınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑