Maqazin · Sfera.az

Onlar evlənir - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Onlar evlənir - FOTO xəbəri üçün şəkil

Türkiyəli aktyor Bülent Şakrak şəxsi həyatı ilə bağlı açıqlaması ilə maqazin gündəminə düşüb. O, özündən 17 yaş kiçik sevgilisi Duygu Arabacıoğlu ilə evlənmək istədiklərini bildirib.

Sfera.az xəbər verir ki, 49 yaşlı aktyor bu barədə Esra Dermancıoğlunun təqdim etdiyi “Neden Esra?” proqramında danışıb.

Aparıcının evlilik planları ilə bağlı sualını cavablandıran Şakrak sevgilisi ilə münasibətindən razı olduğunu gizlətməyib.

“Bəli, evlənmək istəyirik. Sevgilimi çox sevirəm. Çox rahatam, kefim də yerindədir”, – deyə aktyor bildirib.

Şakrak sevgilisi ilə münasibətlərinin iki ilə yaxınlaşdığını vurğulayıb. O, hazırda özünü xoşbəxt və sakit hiss etdiyini, həyatında rahatlığın və huzurun vacib yer tutduğunu söyləyib.

k 2023-cü ildə səkkiz illik evliliklərini sonlandırıb. Bu münasibətdən onların Okan Ali adlı oğlu var. Aktyor boşanmasından sonra Duygu Arabacıoğlu ilə münasibətə başlayıb.

Şakrak evlənmək niyyətini açıqlasa da, cütlüyün nikah tarixi və toy planları barədə hələlik məlumat verməyib.

Fatimə

Sfera.az

Onlar evlənir - FOTO
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑