Siyasət · Sfera.az

Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib xəbəri üçün şəkil

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑