Maqazin · Sfera.az

Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” xəbəri üçün şəkil

Aktyor Nicat Rəhimov maraqlı etirafı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, "İncə səhər" verilişinin qonağı olan sənətçi saç əkdirmək üçün hazırlıq gördüyünü, lakin prosedura cəmi iki gün qalmış fikrindən daşındığını bildirib.

Nicat Rəhimovun sözlərinə görə, "Bozbash Pictures"in çəkilişləri zamanı tanış olduğu həkimlə artıq 10 ilə yaxındır dostluq edir. O, bir müddət əvvəl həmin həkimin yanına gedərək saç əkimi ilə bağlı ilkin prosedurlardan keçib, hətta əməliyyat üçün vaxt da təyin etdirib.

Lakin nəzərdə tutulan tarixə iki gün qalmış həkimə zəng edərək gəlməkdən imtina edib. Aktyor qərarını həm ürək etməməsi, həm də saç əkiminin çəkilişlərinə mane ola biləcəyi ilə izah edib.

Maraqlısı isə odur ki, Nicat Rəhimov daha sonra saç əkdirmək istəyən dostlarının hamısını həmin həkimə yönləndirib. Onun sözlərinə görə, dostlarının hər biri saç əkdirsə də, özü bu addımı atmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑