Maqazin · Sfera.az

Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm” xəbəri üçün şəkil

Türkiyəli məşhur müğənni Hadisə şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Sfera.az xəbər verir ki, sənətçi aparıcı Anas Buxaşın təqdimatında yayımlanan "ABtalks" proqramının qonağı olub.

Proqram zamanı şəxsi həyatı və gələcək planlarından danışan müğənni yenidən ailə qurmağa müsbət yanaşdığını bildirib.

"Yenidən evlənmək istəyirəm və bunun baş verəcəyinə həqiqətən inanıram. Hətta bu, insanların gözlədiyindən daha tez də ola bilər. Hər şey mümkündür", - sənətçi bildirib.

Aparıcının hazırda həyatında kimsənin olub-olmaması ilə bağlı sualına isə müğənni belə cavab verib:

"Xeyr, hazırda həyatımda heç kim yoxdur. Amma mən niyyətin və arzuların gerçəkləşəcəyinə inanıram. Daxilimdən belə bir hiss gəlir. Çünki ana olmaq istəyirəm".

Hadisənin bu sözlərindən sonra aparıcı ona münasibət qurarkən əsas məqsədinin ana olmaq istəyindən ibarət olmamalı olduğunu söyləyib. Müğənni də onun fikri ilə razılaşıb.

Qeyd edək ki, Hadisə 2022-ci ilin aprelində iş adamı Mehmet Dinçerlerlə ailə qurub. Lakin cütlüyün evliliyi uzun sürməyib. Onlar cəmi 5 ay sonra boşanıblar.\Lent.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑