Maqazin · Sfera.az

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov xəbəri üçün şəkil

Tibb elmləri namizədi Rəşid Mahmudov müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməli olması barədə məhkəmə qərarına münasibət bildirib.

Sfera.az bildirir ki, R.Mahmudov bu barədə Bakıvaxtı.az-a danışıb.

O, bildirib ki, məhkəmənin qərarından xəbəri yoxdur:

"Yasamal Rayon Məhkəməsi niyə məni çağırmayıb? Nə cərimə yazırlarsa, yazsınlar. Pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram".

Qeyd edək ki, Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Məhkəmə ddianın qismən təmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

Xatırladaq ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑