Maqazin · Sfera.az

Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - VİDEO xəbəri üçün şəkil

Əməkdar artist Yusif Mustafayev canlı efirdə həyatı ilə bağlı indiyədək çox danışmadığı bir hadisəni açıqlayıb.

Sfera.az xəbər verir ki, sənətçi gənclik illərində rayonlardan birində elektrik cərəyanının onu vurduğunu və uzun müddət komada qaldığını bildirib:

"Mən böyük bir bəd nəzərə düçar oldum. Rayonların birində məni elektrik cərəyanı vurdu, 14 saat komada qaldım. Allah məni yenidən həyata bəxş etdi. Bir ay sonra da övladım oldu".

Yusif Mustafayev həmin hadisədən sonra atasının və əmilərinin onu Cəlilabada apardığını da söyləyib. Onun sözlərinə görə, yaxınları kənddə qalmasını istəyiblər:

"Sonra atam və əmilərim məni Cəlilabada apardılar. Dedilər ki, kənddə otur. Yoxsa 'ad-alov' idim. Elə oldu ki, iki il rayonda qaldım".

Əməkdar artist daha sonra sənət fəaliyyətində də müəyyən fasilə yarandığını qeyd edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Moskvaya getməsindən sonra onun dövlət televiziyası və konsertlərlə əlaqəsi kəsilib.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑