Dünya · Sfera.az

Konqoda Ebola faciəsi: Ölənlərin sayı 4 887-yə çatdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Konqoda Ebola faciəsi: Ölənlərin sayı 4 887-yə çatdı xəbəri üçün şəkil

Demokratik Konqo Respublikasında Ebola epidemiyası sürətlə yayılır. May ayında başlayan xəstəlik indiyədək 10 060 nəfərə yoluxub, 4 887 nəfərin həyatına son qoyub.

Sfera.az xəbər verir ki, Bundibugyo növü virus ölkənin səkkiz əyalətində 66 səhiyyə bölgəsinə yayılıb. Keniya, Nigeriya və Uqandada da yoluxma halları aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın nəzarətə alınmasının çətinləşdiyi barədə xəbərdarlıq edib. Tibb işçilərinin çatışmazlığı, silahlı münaqişələr və nəqliyyat problemləri virusla mübarizəyə mane olur.

Yoluxma hallarının təxminən 80 faizinin əvvəlcədən müəyyən edilmiş təmaslı şəxslər arasında qeydə alınmaması virusun yayılmasının izlənilməsini daha da çətinləşdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑