Hadisə · Sfera.az

Gənc oğlan dayısını döydü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gənc oğlan dayısını döydü xəbəri üçün şəkil

Salyanda gənc oğlan dayısını döyüb.

Sfera.az xəbər verir ki, hadisə Kürsəngi kəndində qeydə alınıb.

19 yaşlı Şərif İsayev (şərti adla) dayısı Elmirə (şərti ad) yumruqla zərbə vurub. Buna səbəb Şərifin atası və anası ilə birgə avtomobillə gedərkən, dayısının öz maşınını onların qarşısında saxlaması olub.

Belə ki, Elmir dayı idarə etdiyi avtomobili Şərifgilin içərisində olduğu nəqliyyat vasitəsinin qarşısında qəfil saxlayaraq, bacısını zorla maşından düşürmək istəyib. Bu zaman o və atası Elmirlə mübahisə edib. Elmir Şərifi itələyəndə o, yumruqla dayısına zərbə vuraraq, xəsarət yetirib.

Faktla bağlı Şərif İsayev və atası saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.

Zərərçəkən Elmir bildirib ki, bacısını maşından zorla düşürüb aparmaq istəməsinə səbəb yeznəsinin onu daim döyməsi olub. Elmir yeznəsini bağışlasa da, bacısı oğlu ilə barışmadığını bildirərək, cəzalandırılmasını tələb edib.

Məhkəmənin qərarı ilə Şərif İsayev 300 manat məbləğində cərimələnib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑