Hadisə · Sfera.az

Ağır qəza baş verdi- Y aralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağır qəza baş verdi- Y aralılar var xəbəri üçün şəkil

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.

Sfera.az trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov Umud oğlu idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü H. Hüseynov, həmçinin avtomobildə olan qardaşının ailə üzvləri – 1983-cü il təvəllüdlü Adilə Hüseynova Bayramqulu qızı və onun övladları, 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova Səbuhi qızı və Umud Hüseynov Səbuhi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑