Siyasət · Sfera.az

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı xəbəri üçün şəkil

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb.

Sfera.az xəbər verir ki, sənədləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, qarşı tərəfdən Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri Lord Anas Sarvar imzalayıb.

Sənədlər sırasında “Xlinks” və “Yaşıl Dəhliz Alyansı” arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləri yer alıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑