"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb".
Bu barədə Qaynarinfo-ya AQTA-dan məlumat verilib.
İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik - 2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.
Modern.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Bakıdakı qəssabların sözlərinə görə, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onlar bildir
Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib.
Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ...
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.
Ölkə.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, ...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Ölkə.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik Soltan Sərxoş oğlu Eyvazov vəzifəsindən azad olunu...
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Binəqədi rayonunda i