Nobel Komitəsi Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri, Sülh üzrə Nobel mükafatı laureatı Navi Pilleylə telefon əlaqəsi qura bilməyib.
Qaynarinfo xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, bu barədə təşkilatın nümayəndəsi Yorgen Vatne Fridnes bildirib.
“Əgər sizə Norveç nömrəsindən zəng gəlsə, xahiş edirəm, cavab verin”, deyə Fridnes Pilleyə müraciət edib.
Təşkilatın nümayəndəsi yaxın vaxtlarda Nobel mükafatı laureatı ilə danışmaq imkanını səbirsizliklə gözlədiyini qeyd edib.
Nobel Komitəsinin daha əvvəl verdiyi məlumata görə, Pilley beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə mükafata layiq görüləcək.
2026-cı ildə Nobel İnstitutunda Sülh üzrə Nobel mükafatı üçün 287 namizəd qeydə alınıb. Onlardan 208-i fiziki şəxslər, 79-u isə təşkilatlardır.
Mükafatın ehtimal olunan namizədləri arasında Sudanın Fövqəladə Hallara Müdaxilə Mərkəzləri, eləcə də qlobal əməkdaşlığın qurulması istiqamətində fəal səylər göstərən Roma Papası XIV Lev də yer alıb.
Aydın


