Səhiyyə · Qafqazinfo.az

Psixiatriya Xəstəxanasından həssas görüntülər yayıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Psixiatriya Xəstəxanasından həssas görüntülər yayıldı xəbəri üçün şəkil

Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.

“Qafqazinfo” “Bizim.Media”ya istinadən xəbər verir ki, yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks olunması diqqət çəkib.

Belə ki, xəstələrin görüntülərinin çəkilərək sosial şəbəkələrdə “əyləncə” və ya gülüş mənbəyi kimi təqdim edilməsi narazılığa səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir.

“Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”, - deyə nazirlikdən bildirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑