Səhiyyə · Yeni Sabah

Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirildi xəbəri üçün şəkil

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası PHŞ-də ilk dəfə olaraq 16 yaşlı pasiyent üzərində torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı uğurla həyata keçirilib.

"Yeni Sabah" xəbər verir ki, müayinələrin nəticələri və pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib. Bir həftə stasionar şəraitdə müşahidə və müalicə olunan pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb. Pepperoni pizza

Qeyd edək ki, bu əməliyyatın xəstəxanada ilk dəfə icra olunması Naxçıvanda uşaq cərrahiyyəsi və döş qəfəsi cərrahiyyəsinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Minimal invaziv cərrahiyyə üsulu cərrahi müdaxilənin travmasını azaltmağa, pasiyentin daha sürətli sağalmasına və müalicə prosesinin effektivliyinin artırılmasına imkan verir.

Naxçıvanda müasir tibbi texnologiyaların tətbiqi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və mürəkkəb cərrahi əməliyyatların yerli tibb müəssisələrində həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.\Report


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑