İdman · Qafqazinfo.az

AFFA futbolçunun adına görə “Qarabağ”ı cərimələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA futbolçunun adına görə “Qarabağ”ı cərimələdi xəbəri üçün şəkil

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb.

İclasda Misli Premyer Liqasında 10-cu turunun bəzi oyunlarındakı qayda pozuntularına dair qərarlar verilib.

“Turan Tovuz”– “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Turan Tovuz” komandası 2500 manat cərimə edilib. Həmin matçda “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Qəbələ”– “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” klubu 1000 manat cərimə edilib.

Görüşdə “Qarabağ”ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 3000 manat cərimə olunub.

“Şamaxı”– “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 2500 manat cərimə edilib. Oyunda “Neftçi”nin fotoqrafı tərəfindən yarışın Əsasnaməsinin tələbləri pozulduğuna görə “Neftçi” 500 manat cərimə edilib.

“Sumqayıt”– “Şəfa” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” 700 manat cərimə edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑