Dünya · Publika.az

Zorla ərə vermək istədiyi qızını yatdığı yerdə güllələdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zorla ərə vermək istədiyi qızını yatdığı yerdə güllələdi xəbəri üçün şəkil

Hindistanın Uttar-Pradeş ştatında 48 yaşlı kişi özünün seçdiyi şəxsə ərə vermək istədiyi, amma bundan imtina edən 19 yaşlı qızına atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 19-na keçən gecə baş verib. Asin Xan yatmış qızı Şaziyanın yataq otağına girərək ona atəş açıb. Səs-küyü eşidən ana otağa daxil olub, qızını götürərək təcili xəstəxanaya aparıb. Şaziya hazırda tibbi yardım alır.

İstintaq zamanı məlum olub ki, ata qızını özü seçdiyi şəxsə ərə vermək istəyib. Toy mərasiminin noyabrın 19-da keçirilməsi planlaşdırılıb. Lakin Şaziyanın sevdiyi şəxs olub və o, atasının istəyinə tabe olmaqdan imtina edib. Aralarında növbəti mübahisə baş verdikdən sonra Asin Xan qızını öldürməyə qərar verib.

Məlumata görə, bölgədə məcburi nikahdan imtina bəzi ailələr tərəfindən qonşuların gözündə böyük rüsvayçılıq kimi qəbul edilir.

Hadisədən sonra Asin Xan özü polis bölməsinə gedərək təslim olub. O, hazırda həbsdədir. Faktla bağlı araşdırma davam edir.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑