Dünya · Publika.az

Yunanıstandan şok iddia: Kalın Mitsotakisə sərt ultimatum verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yunanıstandan şok iddia: Kalın Mitsotakisə sərt ultimatum verdi xəbəri üçün şəkil

Yunanıstanın “Estia” qəzeti Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının Afinaya səfəri ilə bağlı diqqətçəkən iddia yayıb.

Publika.az xəbər verir ki, nəşr Kalının Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə gizli görüş keçirdiyini və ona Türkiyənin qırmızı xətlərini çatdırdığını yazıb.

Məlumata görə, Kalın bundan əvvəl Yunanıstan Milli Kəşfiyyat Xidmətinin (EYP) rəhbəri Themistoklis Demirislə də görüşüb. Tərəflər ikitərəfli münasibətləri, Egey və Şərqi Aralıq dənizindəki vəziyyəti, NATO təhlükəsizliyini, terrorizm və qanunsuz miqrasiya ilə mübarizəni, eləcə də regional prosesləri müzakirə ediblər.

Nəşrin iddiasına əsasən, Mitsotakislə gizli görüşdə əsas müzakirə mövzuları Egey dənizində 12 mil məsələsi, Kipr problemi və Yunanıstanın İsraillə yaxınlaşan münasibətləri olub.

Bildirilib ki, Kalın bu məsələlərdə Türkiyənin mövqeyinin nəzərə alınmamasının ciddi nəticələrə, hətta hərbi müdaxiləyə qədər gətirib çıxara biləcəyi barədə sərt xəbərdarlıq edib.

Qəzet həmçinin Mitsotakisin görüşün ictimailəşməsini istəmədiyini iddia edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑