Türkiyədə seçkilərlə bağlı yeni rəy sorğusunun nəticələri açıqlanıb. Asal Araşdırma şirkətinin keçirdiyi sorğuda hakim AK Partiya liderliyini qorusa da, Yeni Partiya ilə arasındakı səs fərqi diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, oktyabrın 4-10-da Türkiyənin 28 vilayətində 2020 nəfərin iştirakı ilə keçirilən sorğuda respondentlərə “Seçki keçirilsə, hansı partiyaya səs verərdiniz?” sualı ünvanlanıb.
Nəticədə AK Partiya 31,6 faizlə ilk sırada yer alıb. Yeni Partiya 25,2 faizlə ikinci olub. İki partiya arasındakı fərq 6,4 faiz təşkil edib.
Sorğuda DEM Partiya 8,8 faizlə üçüncü, MHP isə 8 faizlə dördüncü sırada qərarlaşıb.
Müəllif: Roza




