Dünya · Publika.az

Quterreş Ər-Riyad hava limanına hücumu pislədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Quterreş Ər-Riyad hava limanına hücumu pislədi xəbəri üçün şəkil

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına edilən hücumu qətiyyətlə pisləyib.

Publika.az xəbər verir ki, BMT rəhbərinin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada deyilir:

"Şənbə günü husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına etdiyi ölümcül hücum məni dərindən sarsıtdı və bunu qətiyyətlə pisləyirəm. Bu hücum nəticəsində 12 nəfər həlak olub, yüzlərlə mülki şəxs yaralanıb", - deyə Qutereş bildirib.

O deyib ki, mülki şəxslərə və infrastruktura edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑