Dünya · Publika.az

Putin Liviyanı bərpa etmək istəyir - Moskvanın planı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin Liviyanı bərpa etmək istəyir - Moskvanın planı xəbəri üçün şəkil

Rusiya Liviyanın dövlətçiliyinin bərpası üçün əlindən gələni edəcək.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya-Afrika” sammitinin plenar iclasında bildirib.

Putin vurğulayıb ki, ölkədə nizamlanma və dövlətçiliyin bərpası ilə bağlı yekun qərarı yalnız liviyalıların özləri verməlidir.

“Rusiya bunun məhz belə olması üçün əlindən gələni edəcək. Biz, şübhəsiz ki, bütün prinsipial məsələlər, o cümlədən iqtisadiyyat sahəsində sizinlə əlaqələrimizi davam etdirəcəyik”, - deyə Rusiya lideri bildirib.

Bundan əvvəl Liviyanın Pezident Şurasının sədri Məhəmməd Menfi Kremldə Putinlə görüşü zamanı Rusiyanın Şimali Afrika və Yaxın Şərqdə mövcudluğunun regional və beynəlxalq səviyyədə balansın formalaşmasına töhfə verdiyini söyləyib.

Xatırladaq ki, Putin bundan əvvəl Afrikanı Rusiyanın təbii müttəfiqi adlandırmışdı.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑