Səhiyyə · Publika.az

Payızda kökəlməmək üçün nə yeməliyik? - Dietoloqdan maraqlı tövsiyə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Payızda kökəlməmək üçün nə yeməliyik? - Dietoloqdan maraqlı tövsiyə xəbəri üçün şəkil

Payızda iştahanın artması və stress səbəbindən həddindən artıq yemək vərdişi çəki artımına gətirib çıxara bilər. Dietoloq Anna Tsukanovanın sözlərinə görə, kambala balığının qida rasionuna daxil edilməsi bu problemin qarşısını almağa kömək edə bilər.

Publika.az xəbər verir ki, mütəxəssis bu barədə “Gazeta.ru”ya danışıb.

Onun sözlərinə görə, stress zamanı yeməyə meyillilik nəzarətsiz qidalanma və artıq çəki riskini artırır. Kambala balığının tərkibindəki xrom isə zərərli qəlyanaltılara olan istəyi azaltmağa kömək edir. 100 qram kambalada təxminən 16-18 qram zülal, cəmi 2-3 qram yağ var. Kalorisi isə 90 kilokaloridən çox deyil.

Dietoloq bildirib ki, payızda hormonal dəyişikliklər və emosional vəziyyət qidalanmaya təsir göstərir. İnsanlar çox vaxt gərginliyi azaltmaq üçün yeməyə üz tutur və nəticədə orqanizmin sərf edə biləcəyindən artıq kalori qəbul edirlər.

Tsukanovanın sözlərinə görə, kambalanın tərkibindəki xrom karbohidrat mübadiləsində iştirak edir və insulinin fəaliyyətinə kömək edir. Bu səbəbdən o, balığın həftədə 2-3 dəfə, xüsusilə də axşam yeməyində istifadə edilməsini tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, kambalanı buxarda bişirmək və ya sobada hazırlamaq daha məqsədəuyğundur. Balığın tərkibindəki B qrupu vitaminləri sinir sisteminin fəaliyyətində iştirak edir, omeqa-3 yağ turşuları isə sinir hüceyrələrinin qorunmasına kömək edir.

Dietoloq vurğulayıb ki, zülal və faydalı mikroelementlərlə zəngin ağ balıq növləri həm qidalanmanı balanslaşdırmağa, həm də iştahanı nəzarətdə saxlamağa kömək edə bilər.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑