İdman · Publika.az

Messi misilsizdir - Simeone

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi misilsizdir -  Simeone xəbəri üçün şəkil

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Argentina millisindən ayrılan Lionel Messi barədə fikirlərini bildirib.

Publika.az xəbər verir ki, “TyC Sports” Simeonenin sözlərini sitat gətirib:

“O, bizə mübarizə aparmağı və işlər pis gedəndə məqsədlərimizə doğru irəliləməyi öyrətdi.

Çox sevincli anlar oldu. Statistik olaraq, Messi misilsizdir. Onun həm insan, həm də idmançı kimi inkişafı bütün gözləntiləri aşıb. O, həmişə hörmətcil olub və yaxşı davranışı ilə nümunə olub. Bu səviyyədə performansı 20 və ya 25 il saxlamaq inanılmaz dərəcədə çətindir”.

Oktyabrın 7-də Argentina Messinin vida matçında Benini 3-0 hesabı ilə məğlub edib. Messi bir qol vurub və iki məhsuldar ötürmə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑