İdman · İdman.biz

Vengerin FIFA prezidentliyinə namizədliyi nəzərdən keçirilir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vengerin FIFA prezidentliyinə namizədliyi nəzərdən keçirilir xəbəri üçün şəkil

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FIFA prezidenti vəzifəsinə mümkün namizədlərdən biri kimi nəzərdən keçirilir.

İdman.Biz bu barədə “The Times” nəşrinə istinadən məlumat verib.

Təşkilatın hazırkı rəhbəri Canni İnfantinonun rəqibləri 2027-ci ilin martında keçiriləcək seçkilərdə ona ciddi rəqib tapmağa ümid edirlər. Onlardan bəziləri Vengeri öz namizədliyini irəli sürməyə razı salmaq istəyir.

Namizədlik üçün müraciətlərin son tarixi noyabrın 18-dir. Fransalı mütəxəssis hələlik seçkilərdə iştirak etmək niyyəti barədə açıq şəkildə açıqlama verməyib.

İnfantino növbəti müddətə yenidən seçilmək niyyətindədir. Bununla yanaşı, son aylarda FIFA rəhbərliyi bir sıra federasiyaların tənqidinə məruz qalır.

Venger 1996–2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. O, 2019-cu ilin noyabrından FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsini tutur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑