İdman · Sfera.az

Futbol çempionatında daha iki oyun keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Futbol çempionatında daha iki oyun keçiriləcək xəbəri üçün şəkil

Misli Premyer Liqasının VII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

Sfera.az xəbər verir ki, "Zirə" evdə "Şamaxı" ilə üz-üzə gələcək.

"Zirə" hazırda turnir cədvəlində 10 xalla 5-ci pillədə yer alıb. 9 xala malik "Şamaxı" isə 7-cidir.

Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. "Qəbələ" 4 xalla turnir cədvəlində 9-cu yerdədir. 11-ci pillədə qərarlaşan Sumqayıt komandasının isə 2 xalı var.

Misli Premyer Liqası

I dövrə, VII tur

10 oktyabr

17:00. "Zirə" – "Şamaxı"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.

VAR: Əkbər Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

19:30. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑