İdman · Publika.az

"Mançester Siti" mövsümün sonunda aşağı liqaya düşəcək - Morqan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Mançester Siti" mövsümün sonunda aşağı liqaya düşəcək - Morqan xəbəri üçün şəkil

Məşhur televiziya aparıcısı və “Arsenal” azarkeşi Pirs Morqan Premyer Liqada hazırkı durum barədə danışıb.

Mikel Artetanın komandası Premyer Liqanın 8-ci turunda “Everton”u 2-0 hesabı ilə məğlub edərək, xal baxımından lider “Mançester Siti”yə çatıb. “Topçular” qol fərqinə görə “şəhərlilər”dən geri qalır.

Publika.az xəbər verir ki, Morqan “Arsenal”ın ilk səkkiz turdan sonra ötən mövsümlə müqayisədə daha çox xal toplaması, lakin bir il əvvəl birinci olmasına baxmayaraq, turnir cədvəlində ikinci yerdə olmasına belə münasibət bildirib:

“Xeyr, biz birinciyik. “Siti” mövsümün sonunda turnir cədvəlinin sonuncu pilləsində olacaq və aşağı liqaya düşəcək”.

Xatırladaq ki, Premyer Liqanın müstəqil komissiyası əvvəllər “Mançester Siti”ni 2009-2018-ci illər arasında 114 maliyyə qaydalarını pozmaqda günahkar bilmişdi. Klub hökmlə razılaşmayaraq apelyasiya şikayəti verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑