İdman · İdman.biz

“Real Madrid”ə “El-Klasiko” öncəsi ağır zərbə: Kurtua oynamayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real Madrid”ə “El-Klasiko” öncəsi ağır zərbə: Kurtua oynamayacaq xəbəri üçün şəkil

İspaniyanın “Real Madrid” futbol komandası “Barselona” ilə keçiriləcək “El-Klasiko” öncəsi ciddi itki ilə üzləşib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin əsas qapıçısı Tibo Kurtua qripə yoluxduğu üçün La Liqanın 10-cu turundakı qarşılaşmada iştirak etməyəcək.

Klubun açıqlamasına əsasən, belçikalı futbolçunun səhhəti oyuna çıxmasına imkan vermir. Onun yerini ukraynalı Andrey Lunin tutacaq. Kurtuanın yoxluğundan sonra İlya Voloşin də iştirak ərizəsinə daxil edilib.

Bu, 2026/2027 mövsümündə Kurtuanın buraxacağı ilk çempionat matçı olacaq. O, əvvəlki doqquz turun hamısında meydana çıxıb.

Xatırladaq ki, “Barselona” - “Real Madrid” qarşılaşması oktyabrın 25-də “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Oyun saat 23:59-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑