Dünya · Publika.az

Kremldən ABŞ-dakı seçkilərin nəticələrinə REAKSİYA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kremldən ABŞ-dakı seçkilərin nəticələrinə REAKSİYA xəbəri üçün şəkil

Kreml ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinin Donald Trampın Ukraynada sülhün təmin olunması istiqamətindəki səylərinə təsir etməyəcəyinə ümid edir.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasını davam etdirir və Moskva onun sülh səylərini davam etdirməsinin tərəfdarıdır.

Konqresin yeni tərkibinin Trampın səylərinə mane olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib: “Bu, Amerikanın daxili məsələsidir”.

Kremlin sözçüsü həmçinin Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların növbəti mərhələsinin yaxın zamanda keçiriləcəyini qeyd edib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑