Yaxın Şərq · Publika.az

İsraildən Qəzzaya yeni zərbələr: 7 nəfər öldü

Hazırda oxuyur: — Ümumi baxış: 33 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsraildən Qəzzaya yeni zərbələr: 7 nəfər öldü xəbəri üçün şəkil

İsrailin sentyabrın 30-da Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli həlak olub.

Publika.az xəbər verir ki, bunu anklavın səhiyyə orqanlarının nümayəndələri açıqlayıb.

Qəzza şəhərində yaşayış binasına endirilən zərbə nəticəsində bir qadın ölüb, əri və bir neçə nəfər yaralanıb. İsrail Müdafiə Ordusu zərbənin hərbçilərə hücum hazırlayan HƏMAS üzvünə qarşı həyata keçirildiyini bildirib.

Təl-əl-Həva rayonuna endirilən digər zərbə nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Xan-Yunisdə məscid yaxınlığındakı zərbə zamanı yerli jurnalist Məhəmməd Əl-Nəccar həlak olub. Qarara yaxınlığında baş verən daha bir hava zərbəsində isə 1 nəfər ölüb.

Fələstin hakimiyyətinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 74 mini keçib.

Xəbəri paylaş

Bu saytda oxunma: 33

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑