Yaxın Şərq · Publika.az

Husilər Ər-Riyadda hücum etdilər

Hazırda oxuyur: — Ümumi baxış: 33 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Ər-Riyadda hücum etdilər xəbəri üçün şəkil

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” neft şirkətinin obyektinə zərbə endiriblər.

Publika.az xəbər verir ki, bu barədə yəmənli husilərin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Saria özünün “Telegram” kanalında məlumat verib.

“Yəmən silahlı qüvvələri Ər-Riyadda “Aramco” şirkətinin obyektinə bir sıra ballistik raketlər və PUA-lardan istifadə etməklə keyfiyyətli hərbi əməliyyat həyata keçirib”, – o bildirib.

Onun sözlərinə görə, əməliyyat uğurla keçib, raket və dron zərbələri obyektdə çoxsaylı yanğınlara səbəb olub.

Bundan əvvəl Ər-Riyadda “Aramco” şirkətinin neft obyektində yanğın başlamışdı. Ölkə hakimiyyəti və şirkət yanğınla bağlı məlumatı təsdiqləməyiblər, yanğının səbəbləri dəqiqləşdirilməyib.

Hüseyn İbadlı

Xəbəri paylaş

Bu saytda oxunma: 33

Səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑