Dünya · Publika.az

İranla müharibə ABŞ-a milyardlara başa gəlib: Real rəqəm 3 dəfə çox ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranla müharibə ABŞ-a milyardlara başa gəlib: Real rəqəm 3 dəfə çox ola bilər xəbəri üçün şəkil

ABŞ ordusunun İrana qarşı müharibə ilə bağlı xərcləri 47 milyard dolları ötüb.

Publika.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, xərclərin 29 milyard dollardan çoxu istifadə edilmiş sursat ehtiyatlarının yenilənməsinə, 6 milyard dollardan çoxu isə müharibədə itirilən təyyarələr, pilotsuz uçuş aparatları və digər hərbi texnikanın əvəzlənməsinə yönəlib.

Bu məbləğ ABŞ-ın müdafiə naziri Pit Heqsetin iyul ayında açıqladığı 37,5 milyard dollarlıq xərc proqnozunu 25 faizdən çox üstələyir.

“Reuters”in məlumatına görə, hesablamalara İranın raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində zədələnən ABŞ hərbi bazalarının təmiri üçün tələb olunan yüksək xərclər tam şəkildə daxil edilməyib. Həmçinin bölgədə vurulan hərbi bazaların, sursatların, nəqliyyat vasitələrinin və binaların dəyəri də açıqlanan məbləğdə nəzərə alınmayıb.

Ekspertlər bildirirlər ki, ABŞ-ın real xərcləri açıqlanan məbləğdən üç dəfə çox ola bilər.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑